İnsan əcdadlarının müəmmalı izləri tapılıb

Alimlərdən ibarət beynəlxalq qrup Flippində naməlum qədim insanların məskənini aşkarlayıblar.

Yenicag.az “Science Alert” nəşrinə istinadən xəbər verir ki, bu məskənin 709 min il əvvələ aid olduğu bildirilir. Arxeoloqlar daşdan hazırlanmış 57 silah, həmçinin, üzərində zədə və kəsik izləri olan heyvan sümükləri tapıblar.

Qeyd edək ki, bu zamana qədər bəşər tarixinə dair ən qədim tapıntı Kalyao mağarasında tapılan sümük hesab olunurdu. Bu tapıntı eramızdan 65 min il əvvələ aid olub. Yeni tapıntı isə insan əcdadlarının Cənub-Şərqi Asiya üzrə daha bir neçə yüz minillik əvvəl məskunlaşdığını sübut edir.