Məşhur aktrisa dünyasını dəyişdi-Video,Fotolar
Yenicag.Az saytı xəbər verir ki, sənətçi Çolpan İlhan 78 yaşında infarkt keçirərək dünyasını dəyişdi.
Türkiyənin məşhur aktrisası Çolpan İlhan üçün 27 İyul bazar günü Akatlar Mədəniyyət Mərkəzində anım mərasimi təşkil ediləcək. Aktrisanın cənazəsi, günorta vaxtı Teşvikiye Məscidində qılınacaq cənazə namazının ardından Zincirlikuyu qəbiristanlığında Sadri Alışıkın yanında torpağa tapşırılacaq.
SADRİ Alışıkın yoldaşı, Attila İlhanın bacısı idi …
Bir zaman məşhurluğu ilə tarixə imza atan Çolpan İlhan, mərhum Sadri Alışıkın yoldaşı, şair Atilla İlhanın bacısı idi. Mədəniyyət Nazirliyi tərəfindən 1998-ci ildə Dövlət Sənətçisi adı verilən İlhan, Sadri Alışık Mədəniyyət Mərkəzinin də qurucusudur.