Məşhurların qızı narkoloji klinikada
Hollivudun ən gözəl qadınlarından olan Demi Mur və məşhur aktyor Brus Uillisin qızı hərəkətləri ilə hər kəsi təccübləndirməkdə davam edir.
Qeyri-etik hərəkətləri ilə daima diqqət mərkəzində olan 20 yaşlı Tallula Uillis ailəsinə problemsiz gün yaşatmır. Amerika mətbuatında gedən xəbərlərdə bildirilir ki, gənc qız narkoloji klinikada müalicə alır. O, uzun müddətdir ki, spirtli içki və kokain aludəçisidir.
Talullanın anası Demi Mur baş verənlərdə özünü günahkar hesab edir. Aktrisa müsahibəsi zamanı bildirib ki, uşaqlıq yaşlarında qızına daha çox vaxt ayırsaydı və onun problemləri ilə maraqlansaydı bu gün bunlar baş verməzdi.
Qeyd edək ki, 2012-ci ildə əsəb sarsıntısı keçirdikdən sonra Demi özü də narkoloji klinikada müalicədən keçib. Sənətçi vurğulayıb ki, əgər qızı özünü uzun müddət belə apararsa, yenidən xəstəxanaya düşəcəyindən çəkinir. Buna görə də Demi özünü güclü göstərmək məcburiyyətindədir.
Talulla 17 yaşında spirtli içkilərdən çox istifadə etdiyinə görə həbs edilmişdi. Qalmaqalları əksik olmayan qız ötən həftə internet portala müsahibə verərkən yaşadığı dismorfiya (insanın bədəninin hər-hansı bir hissəsindən və ya bütovlükdə özündən xoşu gəlməməsi) xəstəliyindən, psixi pozğunluğundan bəhs edib. Daha sonra isə gözlənilmədən soyunmağa başlayıb.