Aktrisa yıxılan ağacın altında qalaraq öldü
“Amerikada” və “Çikaqo yanğını” serialları ilə tanınan məşhur aktrisa Molli Qlin dünyasını dəyişib.
Aktrisa ABŞ-da baş verən təbii fəlakətin qurbanı olub. Belə ki, o, fırtına zamanı yıxılan ağacın altında qalaraq ölümcül yaralanıb. Dərhal xəstəxanaya aparılan 46 yaşlı M.Qlin yaşamaq uğrunda bir gün mübarizə aparsa da, cümə günü həyatla vidalaşıb.
Qeyd edək ki, dəhşətli hadisə baş verən gün Qlin həyat yoldaşı, aktyor Co Foustla yaşadığı evin yaxınlığındakı parkda velosiped sürürmüş. Aktrisanın xəstəxana və dəfn xərclərini ödəmək üçün kampaniya başladılıb. İndiyə qədər lazım olan 125 min dolların 110 mini toplanılıb.