!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avstraliyadakı səfirliyimizdə katibə qalmaqalı – FOTOLAR

!Reklam – Yazi

20151223-104957linkBir müddət öncə Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov tərəfindən adıçəkilən səfirlikdə maliyyə pozuntularının baş verməsi barəsində məlumatlar yayılmışdı.

Noyabr və dekabr ayları ərzində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və XİN-in Maliyyə İdarəsinin əməkdaşları tərəfindən bununla əlaqədar səfirlikdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi həyata keçirilib.

Yoxlamanın nəticələrinə dair hələlik rəsmi məlumatlar açıqlanmasa da, bir sıra məqamlarla bağlı maraqlı informasiya əldə edə bilmişik. Belə ki, keçmiş diplomat iddia edirdi ki, səfirlik tərəfindən diplomatik istifadə üçün nəzərdə tutulmuş və gömrük rüsumundan azad olunmaqla, əldə edilən spirtli içkilər satılır. Araşdırma zamanı isə müəyyən olunub ki, səfirlik üçün ayrılmış kvotaya uyğun olaraq alınmış spirtli içkilər təyinatı üzrə rəsmi tədbirlər üçün istifadə olunub. Dövlət büdcəsi vəsaiti hesabına alınmış bu malların hansı məqsədlər üçün istifadəsinin də dəqiq hesabatı aparılır. Təftişi həyata keçirən mütəxəssislər müəyyən ediblər ki, bütün sivil ölkələrdə olduğu kimi, Avstraliyada da siqaret və içki məhsullarının müvafiq lisenziyasız satışını həyata keçirmək qeyri-mümkündür. Hətta satılsa belə, qanun-qaydaya ciddi riayət edən, həmçinin anqlo-sakson mədəniyyətinin daşıyıcıları olduğu üçün öz sağlamlıqlarının ciddi qeydinə qalan avstraliyalılar aksiz markası olmayan belə məhsulları heç vaxt almazlar.

Katibə ştatının mövcudluğuna gəlincə, bu fakt həqiqətən də nazirliyin yoxlamasında öz əksini tapsa da, məlum olub ki, kargüzarlıq işinin aparılması üçün səfirin ştatdankənar işçi götürmək səlahiyyəti var və bu, qanuni əsaslarla həyata keçirilib. Belə ki, dünya praktikasında geniş tətbiq olunan bu üsuldan istifadə edilməklə büdcəyə qənaət edilib, yerli vətəndaşla müqayisədə daha az əmək haqqı xərclənib və həmin şəxs Avstraliya dövləti tərəfindən tələb olunan digər ödənişlərdən azad olunub. Qeyd edilir ki, bu praktika Rusiya, ABŞ və digər ölkələrdə geniş tətbiq olunur. Belə ki, katibə və ya texniki xarakterlı, amma müəyyən həssas vəzifələrə səfirliyin işçilərinin xanımları cəlb oluna bilərlər. Çünki adətən ali savadı və iş qabiliyyəti olan belə xanımlar həyat yoldaşlarının səfirlikdəki fəaliyyətinə görə işsiz qalır və evdar qadın funksiyasını yerinə yetirməli olurlar. Əlavə dövlət vəsaiti hesabına kimisə xidməti ezamiyyətə göndərməkdənsə, bu imkandan istifadə edilir.

Həmçinn A.Həsənovun iddialarının əksinə olaraq, aşkar edilib ki, səfirlik tərəfindən maliyyə hesabatı məsələlərinə ciddi yanaşmanın göstəricisi kimi, 2013-cü ildə 844, 2014-cü ilə isə 53300 ABŞ dolları məbləğində sərf olunmamış vəsait dövlət büdcəsinə geri qaytarılıb. “İcbari tibbi sığorta”, “icarə və muzdlu xidmətlər”, “sair xərclər” paraqrafları, həmçinin “nəqliyyat vasitələri” maddəsi üzrə nöqsanlara rast gəlinməyib.

Bununla belə, 2013-cü ilin iyun ayından 2015-ci ilin oktyabr ayına kimi səfirliyin maliyyə-təsərrüfat fəaliyyətinin təftişində bir sıra cüzi nöqsanlar aşkar edilib. Belə ki, 203 ABŞ dolları artıq xərclənmiş ezamiyyət xərci və 1095 dollar mobil telefon danışıqları xərci bərpa edilərək büdcəyə geri qaytarılıb. Lakin qeyd edilir ki, istənilən büdcə təşkilatında belə nöqsanların baş verməsi istisna deyil.

Beləliklə, Maliyyə Nazirliyinin təftişi nəticəsində keçmiş diplomatın irəli sürdüyü iddiaların heç biri öz təsdiqini tapmayıb.

Qeyd edək ki, Azərbaycanın Avstraliyadakı keçmiş diplomatı Anar Həsənov Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibinin guya cinayət əlaqəsinə girərək külli miqdarda dövlət vəsaitini mənimsəmələri və digər qanunsuz əməlləri ilə əlaqədar Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi də daxil dövlət qurumlarına müraciət edib/milli.az/.

Səfirlikdə katibə, içki və yeyinti qalmaqalının açması

Səfirlikdə katibə, içki və yeyinti qalmaqalının açması

Səfirlikdə katibə, içki və yeyinti qalmaqalının açması

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv