Azərbaycanın Xalq artisti dünyasını dəyişdi

media-hightechnic-468x90

Xalq artisti Zülfüqar Abbasov vəfat edib.

Bu barədə Yenicag.az-a Xalq artistinin yaxınları məlumat verib.

Bildirilib ki, o, uzun sürən xəstəlik səbəbindən 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Z.Abbasov 1940-cı il may ayının 3-də Gürcüstan SSR-də Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olub. 1966-cı ildə Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. O, rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb.

O, təhsil illərində Tbilisidə İ.İsfahanlının rəhbərlik etdiyi dram dərnəyində çıxış edib. 1967–68-cı illər də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərmiş, burada “Solğun çiçəklər” (C.Cabbarlı; eyni zamanda Bəhram rolunu oynayıb), “Yağışdan çıxdıq, yağmura düşdük” (N.Vəzirov) və s. pyesləri tamaşaya qoyub. 1968-ci ildən (fasilələrlə) M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının rejissoru olub (1992-ci ildən həmçinin direktoru, 1999-cu ildən baş rejissor). “Hacı Qara” (M.F. Axundzadə), “Eşq və intiqam” (S.S. Axundov), “Müfəttiş”, “Evlənmə” (N.Qoqol), “Əliqulu evlənir” (S.Rəhman), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), “Şeytan nəsli” (H.Muxtarov), “Dar ağacı” (B.Vahabzadə), “Ölülər” (C.Məmmədquluzadə), “Almaz”, “Solğun çiçəklər” (C.Cabbarlı), “Vaqif” (S.Vurğun), “Ayrılmaq anı” (M.Baycıyev) və s. əsərləri tamaşaya qoyub, aktyor kimi də çıxış edib. Müxtəlif ədəbi mənbələr əsasında yazdığı, həmçinin orijinal süjetli pyeslər yazıb.

media-ziraat-728x90

Azərbaycanın xalq artisti dünyasını dəyişdi

media-hightechnic-468x90

cf9d04156a92eaeae20f53b55df4c41dRamiz Mirişli ilə vida mərasimi sabah saat 14.00-da Bakı Musiqi Akademiyasında olacaq

Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, tanınmış bəstəkar bu gün dünyasını dəyişib. O, 10 gün öncə xəstəxanaya yerləşdirilib və elə xəstəxanada da dünyasını dəyişib.

Dünən tanınmış bəstəkarın 81 yaşı tamam olub.

Ramiz Mirişli ilə vida mərasimi sabah saat 14.00-da Bakı Musiqi Akademiyasında olacaq.

Qeyd edək ki, R. Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan MR-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adını daşıyır.

Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır.
O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir. Uzun müddət ictimai və pedaqoli fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. R. Mirişli 20 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olub(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600