Cennifer Lopez telekanal aldı
Müğənni Cennifer Lopez “FUSE”-musiqi telekanalına sahib çıxıb.
“NUVOtv” şirkətinin direktor və sahibi olan Cennifer Lopez “FUSE” televiziya kanalını almaq üçün, nəhayət ki, danışıqları bitirib.
Sövdələşmə 226 milyon dollara başa gəlib.
Televiziya şirkətini alan Lopez tamaşaçı auditoriyasını 73 milyona çatdırmağı planlaşdırır. Lopez kanala sahiblənməsi münasibətilə “A.K.A” albomundan olan mahnıları orada təqdim edəcək.