Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Doğu Perinçek: “Hazırda həbsdə olanların hamısı ya PKK-çı, ya da FETÖ - çudur”

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek ana müxalifət CHP-nin “Ədalət yürüşü”nü tənqid edib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Doğu Perinçek “Rusiyanın səsi” radiosuna müsahibəsində ölkədə aparılan antiterror mübarizəsini “ölüm-dirim savaşı” adlandırıb.

Onun fikrincə, aparılan mübarizənin gedişində insan haqlarının pozulması halları qaçılmazdır və buna müəyyən qədər göz yummaq olar:

“Haqsızlıq yoxdurmu, əlbəttə ki, var. Bu halların aradan qaldırılması üçün biz də çalışırıq, ancaq nəzərə alaq ki, Türkiyə hazırda çox mühüm mübarizə aparır.

Ona görə də bu çərçivədə rast gəlinən hüquq pozuntularına göz yummaq olar. Onsuz da həbsxanadakıların hamısı ya PKK-çı, ya da FETÖ-çudur. 70 adama görə 700 nəfərə qarşı haqsızlığa yol verilməsi mümkündür”.

Yenicag.Az

Loading...

www.yenicag.az

638
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100