Dünya ulduzundan sülh çağırışı-Foto

media-hightechnic-468x90

oDünyaşöhrətli müğənni Madonna İsrail və Həmas arasında davam edən müharibə ilə əlaqədar sosial şəbəkədə çağırış edib.

İfaçı bədənlərinə “Davud ulduzu” və “Müsəlman ay-ulduzu”nun rəsmi həkk olunmuş rəqqasları ilə birlikdə konsertlərinin birində hələ 2006-cı ildə çəkdirdiyi şəkli paylaşaraq, tərəfləri sülhə dəvət edib.

Qeyd edək ki, bir gün əvvəl üzərində həm ərəb, həm də ibri dilində “Sülh” yazılmış kalliqrafiya paylaşan Madonna Fələstinin tərəfini saxlamaqda ittiham olunmuşdu.

Müğənni bu iddialara cavabında “Heç kimin tərəfində deyiləm. Sülh tərəfdarıyam” demişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa