Elnarə daha bir kanaldan uzaqlaşdırıldı

media-hightechnic-468x90

3040_l6q8vefjsuAzərbaycanlı müğənni Elnarə Xəlilova daha bir layihədən qovulub.

İfaçı yerli telekanallardan birində yayımlanan “Azərbaycanın səsi” adlı mahnı müsabiqəsində münsif kürsüsündən kənarlaşdırılıb.

Buna səbəb olaraq isə Elnarənin həddindən çox pul tələb etməsi olub. Bir neçə həftədir ki, münsif kürsüsündəki masası boş qalan sənətçinin bu addımı tamaşaçıların da diqqətindən yayınmayıb.

Qeyd edək ki, bir müddət öncə ANS telekanalında da çalışan sənətçi məhz bu səbəblə kanaldan çıxarılmışdı.

E. Xəlilova bildirib ki, onun üçün sənətdən və işdən vacib olan puldur, amma biz düşünürük ki, bu həyatda puldan da vacib məsələlər var. Hər bir şeyi pula satmaq olmaz.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600