“Elnur real namizəddir”

media-hightechnic-468x90

9161213 Mart 2015-ci il tarixində Azərbaycanı bu ilki “Eurovision” Mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin qapalı seçimi keçirilib.

Yenicag.az qafqazinfo-ya istinadən  xəbər verir ki, bu barədə İctimai Televiziyanın rəsmi saytında məlumat yerləşdirilib.

Xəbərə görə, münsiflər heyəti finala çıxan 3 şəxsin adını açıqlayıb. Onların arasında “O səs Türkiyə” müsabiqəsinin qalibi, Azərbaycanı ilk dəfə “Eurovision”da Samir Cavadzadə ilə birlikdə təmsil edən Elnur Hüseynovun da adı var:

“İctimai Televiziyanın Baş Direktoru Cəmil Quliyev və nümayəndə heyətinin başçısı Tamilla Şirinovanın da, daxil olduğu münsiflər heyəti ölkəmizi “Eurovision” Mahnı Müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparan son üç iştirakçıların, Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynov, arasından ölkənin bu ilki təmsilçisini müəyyən ediblər.

Qalib ifaçının adı 15 martda açıqlanacaq”.

Qeyd edək ki, Elnurun Azərbaycanı bu müsabiqədə təmsil edəcəyi ilə bağlı xəbərlər hələ bir neçə ay bundan əvvəl yayılsa da, İTV bu məlumatı inkar edirdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600