Bir müddət öncə əməliyyatla çəki atan əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova karantində fətqli görünüşü ilə diqqət çəkib. Bu dəfə saçlarını uzadan aktrisanın yeni imici də birmənalı qarşılanmayıb.
Yenicag.az-a açıqlama verən sənətçi yeni imicindən danışıb:
“Saçlarım həmişə uzun olub. Əməliyyatdan sonra vitaminlər itirdim və saçlarım tökülməyə başladı. Ona görə kəsdirdim ki, qulluq edim, uzansın. Yenə də görünüşüm müzakirə olundu. Hər dəfə də yazırlar ki, sənə köklük yaraşır. Anlada bilmirəm ki, əməliyyatı sağlamlığıma görə etdirmişəm. Saçlarıma gəlincə, səhnə gözəllik sevir, bizim işimiz insanlara zövq bəxş etməkdir”.
Aktrisa əvvəllər sosial şəbəkədə fotolarına yazılan xoşagəlməz şərhlərə əhəmiyyət versə də, son vaxtlar buna görə ovqatını korlamadığını deyib:
“Əvvəllər hərə bir söz yazırdı ki, gör özünü nə günə qoyub, nəyə oxşayır. Əsəbiləşirdim ki, bunlar bilmirlər axı sağlamlığım üçün əməliyyat etdirmişəm. Amma indi fikir vermirəm, çoxu paxıllıqdan belə yazır. Onlar anlamır ki, insanların həyatı ilə “klas-klas” oynayırlar.
Buradan onlara çağırış edirəm ki, əgər xoşunuz gəlmirsə, o səhifəyə girib baxmayın, barmaqlarınıza əziyyət verib şərh yazmayın. Əslində hər kəs öz tərbiyəsini göstərir”.
Cəvahir
www.yenicag.az