Hollivud əkizlərinin gəlinlikləri-Fotolar
Uşaqlıq illərindən filmlərdə rol alaraq gənclərin sevimlisinə çevrilən əkiz bacılar Meri-Keyt və Eşli Olsen yenidən güdəmə gəlib.
Tanınmış aktrisalar, son illər dizayner kimi böyük populyarlıq qazanmış bacılar ilk gəlinliklərini təqdim ediblər. Onlar yaxın rəfiqələri, stilist Molli Fişkin üçün fil sümüyü rəngli libas tikiblər. Rejissor və prodüser Aşer Levinlə ailə quran Molli onların işindən razı qaldığını bildirib:
“Gəlinliyin eskizi nişanlandığımız gün artıq hazır idi. Olsenlərin zövqünə inanıram və əminəm ki, obrazımı hamı bəyəndi”.
Rəsmi fotolarda bacıların nikah mərasiminin ilk saatlarından rəfiqələrini tək qoymadığı görünür.