İki gündə 39 milyon qazandı
Hollivud ulduzları – Bred Pitt, Leonardo Di Kaprio və Robert Deniro cəmi iki günlük çəkilişdən hərəsi 13 milyon dollar pul qazanıb.
Bu məbləği onlar “Makao” kazinosunun tanıtımı üçün hazırlanan qısametrajlı filmin çəkilişindən əldə ediblər. Xatırladaq ki, ekran işi əfsanəvi rejissor Martin Skorsiz tərəfindən lentə alınıb. Filmin ümumi büdcəsi 70 milyon dollar təşkil edib.
Qeyd edək ki, bu filmdə çəkilmək üçün təzəcə evlənən Bred öz bal ayını yarımçıq qoymalı olub. Ekran işi gələn il kazinonun açılışı ərəfəsində göstəriləcək.