İntihar edən azərbaycanlı müğənninin videosu
Dünən intihar edən 23 yalı müğənni Sura ölümündən sonra məşhurlaşdı. Yalnız əməkdar artist Tünzalə Ağayeva ilə “Qovuş ona” duetinə çəkdirdikləri klipdə gördüyümüz gənc ifaçının digər videolarına da maraq yaranıb.
Suranın gitaranın müşayiəti ilə ifa etdiyi “Gülpəmbə” və “Nereye böyle” mahnıları sosial şəbəkələrdə paylaşılır.
Bəli, ölümünə qədər çoxlarının tanımadığı bu qızcığazı artıq bütün Azərbaycan tanıyır. Sura ölümündən sonra hər bir sənətçinin arzusunda olduğu məşhurluğun zirvəsinə bir günün içində çatdı.
Xatırladaq ki, 1991-ci il təvəllüdlü Əsgərli Sura İlham qızı 23 avqustda Xəzər rayonu Buzovna qəsəbəsi Qaçaq Nəbi küçəsi 3 ünvanında intihar edib. Gənc müğənni evdə tək olduğu vaxt özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini yaxınları həmin gün axşam saatlarında aşkarlayıblar.
Sura dünən – 24 avqustda Razin (Bakıxanov) qəbiristanlığında torpağa tapşırılıb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntihar səbəbləri araşdırılır.
Suranın sosial şəbəkələrdə paylaşılan videolarını təqdim edirik: