İtaliyanın “qızıl səsi” Bakıda konsert verdi

media-hightechnic-468x90

gggggggİyulun 20-də Beynəlxalq Muğam Mərkəzində İtaliyanın “qızıl səsi” Robertino Lorettinin konserti olub.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, konsert proqramında dünya şöhrətli musiqiçi “Romantica”, “O sole mio”, “Santa Lucia” və s. populyar musiqiləri ilə yanaşı ən son hitlərini də səsləndirib.

Nazirlikdən bildiriblər ki, tədbirdə Robertino Loretti ilə birlikdə azərbaycanlı gənc vokalçı Emin Eminzadə də çıxış edib. O, R.Lorettinin repertuarından məşhur “Besame Mucho” mahnısını oxuyub.

Qeyd edək ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa