Mərhum aktyorun həyat yoldaşı danışdı

media-hightechnic-468x90

13697O, Parkinson xəstəliyinin yaratdığı narahatlıq və depressiya ilə mübarizə aparıb.

Avqustun 11-də yaşadığı evdə ölü olaraq aşkar edilən “Oscar” mükafatçısı Robin Uilyamsın həyat yoldaşı Susan Şneyder, Robinin Parkinson xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Robin bu haqda ictimaiyyətə bildirməyib. O, Parkinson xəstəliyinin yaratdığı narahatlıq və depressiya ilə mübarizə aparıb.

Suzan Şneyder aktyora Parkinson diaqnozunun nə zaman qoyulduğunu və məşhurda olan xəstəlik simptomları barədə məlumat verməyib.

Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dofamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Parkinson xəstəliyi (PH) Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir.

Xatırladaq ki, “Ölü Ozanlar Dərnəyi” və “Can dostum” filmləri ilə ölkəmizdə də geniş auditoriya qazanan 63 yaşlı “Oscar” mükafatçısı Robin Uilyams, Şimali Kaliforniyadakı evində ölü tapılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600