Məşhur aktrisa ana oldu
YENİCAG.AZ xəbər verir ki, Amerikalı məşhur aktrisa Scarlett Johansson, ilk körpəsini dünyaya gətirib.
Johanssonun meneceri Marcel Pariseau, aktrisanın qızına Rose adını verdiyini, ana ilə körpənin vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
29 yaşındakı Johansson, 2013-ün Sentyabr ayında Fransız jurnalist Romen Dauriac ilə nişanlanmışdı.
Aktyorluq kariyerinə 1994-cü ildə “North” filmi ilə başlayan Johansson, 1998-ci ildə Robert Redford və Kristin Scott Tomas ilə kamera qarşısına keçdiyi “The Horse Whisperer” filmi ilə dünya səviyyəsində şöhrət qazanmışdı. Johansson, 2013-cü ildə “Lost in Translation” filmindəki performansıyla İngilis Film və Televiziya Sənətləri Akademiyası (BAFTA) tərəfindən “Ən Yaxşı Qadın” mükafatına layiq görülmüşdü.
Məşhur aktrisa, axırıncı dəfə isə Luc Besson’un “Lucy” adlı filmində oynamışdı.