Məşhur türk serialının çəkiliş meydançasında ölüm hadisəsi

media-hightechnic-468x90

26742_7fi0xsxv16“Star” kanalında yayımlanan “Qaçaq gəlinlər” serialının çəkiliş meydançasında ölüm hadisəsi baş verib.

Heyət işçilərindən biri – Engin Küçüktopuz infarkt keçirərək dünyasını dəyişib. Buna səbəb kimi ağır iş rejimi göstərilir.

Belə ki, mərhum 3 gün ərzində 45 saat işləyib. Nəticədə çəkilişlər bitdikdən sonra onun halı qəflətən pisləşib və həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, adıçəkilən serialla bağlı daha öncə də xoş xəbərlər yayılmamışdı.

Bir müddət əvvəl çəkiliş heyətində çalışan 17 yaşlı xanıma personalı daşıyan sürücülər tərəfindən təcavüz olunması xəbəri Türkiyə gündəmini çalxalamışdı. Lakin filmin prodüser şirkətinin açıqlamasında həmin şəxslərin serialla heç bir əlaqəsi olmadığı və hadisə barədə artıq polisə şikayət edildiyi deyilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600