Seda Sayan və millət vəkili arasındakı qalmaqal böyüyür

media-hightechnic-468x90

seda-sayan-yeni-yan2Seda Sayanın iki arvadını öldürən kişini proqramında qonaq etməsi böyük mübahisəyə səbəb olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Söylemezsem olmaz” proqramına zəng edən Sayan onu tənqid edən CHP millət vəkili Aylin Nazlıakanı tənqid edib:

“Çox böyük haqsızlıq edilir. Məni niyə bu qədər tənqid etdiklərini bilmirəm. Mənim alnım açıqdır, vicdanı rahat yatıram. Mənim faydamdan çox zərərim ola bilməz. CHP millət vəkili Aylin Nazlıaka proqramı izləmədən ortalığı vəlvələyə verdi. Məni vuran yenə bir həmcinsimdir. Məclisdə ayaqqabı atmağa çalışaraq və botokslarıyla məşhur olmuş bir vəkil necə belə bir qaralama kampaniyası edər? Zəng vurdum və “Hörmətli vəkilin qadınlarla bağlı söylədikləri ilə həmfikirəm” dedim. Amma mən sözümü bitirə bilmədim. Məni dinləmək məcburiyyətindədir. Sənin maaşın mənim vergilərimlə ödənir. Belə bir şey etmədən əvvəl mənə zəng etməliydi”.

Qeyd edək ki, Nazlıaka 5 dəfə evlənib iki həyat yoldaşını öldürən kişini yayıma çıxaran Seda Sayanın verilişini “RTÜK”ə şikayət etdiyini bildirmişdi. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600