Serdar Ortaç bu xəbərlə sarsıldı
Yenicag.Az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi, xeyli zamandır MS xəstəliyindən əziyyət çəkən Serdar Ortaçın uşaq sahibi olmasının çətinləşdiyi öyrənildi.
Bir neçə müddətdir mübarizə etdiyi MS xəstəliyi üzündən çətin günlər keçirdən popçu Serdar Ortaçın bu dövrdə ən böyük dəstəkçisi həyat yoldaşı Chloe Loughnan oldu.
Yayılan xəbərə görə, bir tərəfdən müalicə alan, digər tərəfdən isə səhnə proqramlarından geri qalmamağa çalışan Ortaç, həkimlərindən pis xəbər alıb. Xəstəliyi səbəbindən uşaq sahibi olmasının təhlükəyə girdiyini öyrənən Ortaç, aldığı xəbərlə böyük bir kədər yaşayıb.