Tatlısəsin kanalı bağlandı
Məşhur türk sənətçisi İbrahim Tatlısəsin problemi yaranıb. Borclarını ödəyə bilməyən müğənninin televiziya kanalı bağlanıb. “Tatlıses TV” fəaliyyətini bu gündən dayandırıb.
Kanal 11 ilə yaxındır ki, fəaliyyət göstərib. Kanalın peyk yayımına görə borclarla bağlı bağlanmasına müğənni etiraz edib.
“Tatlısəs TV-nin yayımı kəsilib. Qolumu kəssəydiniz canım bu qədər yanmazdı. Nazirimizə müraciət etdim. Boşuna imiş.
11 ildir o kanalı necə saxladığımızı bir biz bilirik, bir də Allah”.
Sənətçi bunun çox ağır qərar olduğunu deyib. O, borcunu ödəməyən çox kanal olduğunu da qeyd edib.