Ulduzların çılpaq şəkillərinin sərgisi keçiriləcək-Foto
Hakerlər tərəfindən Hollivud ulduzlarının oğurlanan çılpaq selfi şəkilləri sərgidə nümayiş etdiriləcək.
Məşhurların həmin fotoları Xvala adlı rəssamın “No Delete” (“Silinməyən”) sərgisində yer alacaq. Nümayiş rəssamın “Google-dan qorx” art-kampaniyası çərçivəsində Los-Ancelesdə keçiriləcək. Orada son günlər yayılan selfilərdən başqa, sənətçinin 7 il ərzində topladığı digər fotolar da yer alacaq.
Qəhrəmanlar arasında Britni Spirs, Skarlett Yohanson, Cennifer Lourens və başqaları var.
Qeyd edək ki, tənqidi xarakter daşıyan sərgidə bütün şəkillər senzurasız nümayiş olunacaq.