Zəlimxan Yaqub səhhətindən danışdı

media-hightechnic-468x90

Zelimxan Yaqub 200511Azərbaycanın xalq şairi Zəlimxan Yaqub uzun müddətdir ki, xəstəliyinə görə efirlərdə və ictimaiyyətdə görünmür.

O,  açıqlamasında səhhəti barədə danışıb.

“Səhhətim nisbətən normaldır. Müalicələri davam etdirirəm. Yarım ay sonra müayinə üçün yenə də Almaniyaya gedəcəm. Həkimlər böyrək transplantasiyası ilə bağlı heç bir məlumat vermir”, – deyə Zəlimxan Yaqub bildirib.

Qeyd edək ki, xalq şairi böyrək çatışmazlığı və xərçəngdən əziyyət çəkir. Şair 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib və hər iki böyrəyi çıxarılıb. Həmin vaxtdan sonra daim həkim nəzarətində olan şair mütəmadi olaraq dializə gedir. Sonradan elə Almaniyada ona böyrək transplantasiya olunmalı idi. Lakin bununla bağlı əməliyyat bir neçə dəfə təxirə salınıb.

media-ziraat-728x90

Zəlimxan Yaqub səhhətindən danışdı

media-hightechnic-468x90

zelimxan“Almaniyadan yenicə qayıtmışam. Hələ ki, özümü yaxşı hiss edirəm”.

Bunu Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub səhhəti haqqında danışarkən deyib.

Şair bildirib ki, bir neçə aydan sonra yenidən müayinə üçün Almaniyaya geri qayıdacaq.

“25 gün Almaniyada böyrəyimə görə müalicə aldım. Bir neçə gün olar ki, vətənə dönmüşəm. Şükür Allaha, yeyib-içməyim, əhvalım yerindədir. Havalar da sərinləşib, özümü normal hiss edirəm. Yaxşıyam. Buna da şükür edirəm. Müayinə üçün bir neçə aydan sonra yenidən həmin ölkəyə qayıdacam. İnşallah nəticə yaxşı olar”.

Qeyd edək ki, Xalq şairi Zəlimxan Yaqub Almaniyada cərrahiyyə əməliyyatı olunub və hər iki böyrəyi çıxarılıb. Buna görə daima Almaniyada müalicə alır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600