Bakıya gələn məşhur ulduzu metroda tanımadılar – VİDEO

Bir müddət öncə Bakıda keçirilən “Formula-1” yarışında konsert proqramı ilə çıxış edən Kristina Aqilera ABŞ-da “The Tonight Show” verilişinin qonağı olub.

Yenicag.az xəbər verir ki, ulduz müğənni Nyu-York metrosunda küçə ifaçısı kimi çıxış edib.

İzləyicilər qrimlənən müğənnini əvvəlcə tanımayıblar. Aqilera yalnız papağını çıxartdıqdan sonra tamaşaçılar onu tanıyıb və heyrətə gəliblər.