“Roma papasının yuxusuna erməni “gözəlçə” Kardaşyan girib, yoxsa, …”

media-hightechnic-468x90

ramiz_1429013940 (1)“Deyəsən, Roma papasının yuxusuna erməni “gözəlçə” Kardaşyan girib, yoxsa o boyda adam belə bir səhvə yol verməzdi. Bütün tarixdə erməni “gözəlləri” bu vandal xalqa arxa-dayaq tapa bilir”.

Bu fikirləri politoloq Ramiz Alıyev Roma papasının qondarma soyqırımı fikirlərinə münasibət olaraq bildirib.

Onun sözlərinə görə, Roma papasının sələfləri də daxil olmaqla bütün din xadimləri hər zaman bəyan ediblər ki, din siyasətə qarışa bilməz və din sülh elçisidir: “Ancaq bu müasir Roma papası, deyəsən çox müasirləşərək nəinki siyasətlə dini qarışdırır, hətta tarixçi rolunu da oynayaraq tarixi hadisələrə qiymət verməyə başlayıb. Əvvəla, adama deyərlər, sənin xəbərin olmayan və məlumatsız olduğun yalnız ermənilərin uydurduğu və özlərindən başqa heç kimin tanımadığı bir hadisə haqqında nağıl danışmağa səni nə vadar edir və buna sənin nə haqqın çatır? Sən guya sülh elçisisən. Sülh elçisi də siyasi səhvlər edib yeni müharibələrə şərait yaradar?! Türkiyə dövləti hər zaman bəyan edib ki, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə türk və erməni tarixçilərdən ibarət komissiya yaradılsın və həmin tarixdə baş verən hadisə araşdırılsın, ancaq erməni tərəfi hər zaman bu təklifdən yayınır. Ona görə ki, onların tarixi deyil yalanları, iddiaları, özlərinə dəstək yığmaq üçün Kardaşyan kimi “gözəlləri” vardır!”

Ramiz Alıyev deyib ki, Roma papası həqiqətən də soyqırımın nə olduğun bilmək istəyirsə bir əsir keçmişə getməyə ehtiyac yoxdur: “1992-ci il 26 fevralda tarixi Azərbaycan torpağı olan Xocalı şəhərində erməni terroristləri tərəfindən azərbaycanlılara qarşı törədilən əsil soyqırımı hadisəsinə diqqət yetirsə, şahidi olar ki, onun dəstək olduğu xalq necə vandalizmlə məşğul olan bir terrorist xalqdır!”(palitra).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600