!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rusiyadan növbəti AVANTÜRA: SSRİ-nin bərpasına futboldan başlanılır?

!Reklam – Yazi

“Bilirlər ki, Azərbaycan xalqı üçün “Neftçi”nin yeri ayrıdı, hamımız o kluba nostalji hisslər bəsləyirik”.

“Bu təklifə razılıq verən ölkələr həmin addımı atmaqla, özlərinə zərbə vurmuş olacaqlar”.

Bu fikri Yenicag.az-a açıqlamasında Rusiyanın MOİK futbol klubunun prezidenti Yevgeni Qinerin, keçmiş sovet respublikaları komandalarının (o cümlədən, Bakının “Neftçi” klubu) dəvət olunması hesabına, Rusiya Premyer-Liqası iştirakçılarının sayının artırılması təklifinə münasibət bildirən millət vəkili Aqil Abbas deyib.

Aqil Abbasın sözlərinə görə, rusiyalı futbol adamının bu təşəbbüsü təxribatdan başqa bir şey deyil: “Bu təşəbbüs baş tutsa, daha sonra oraya “Ararat”, “Kayrat”, Tiflis “Dinamo”sunu da çağıracaqlar. Əminəm ki “Neftçi” bu təxribata getməyəcək. Onlar “Neftçi”nin qara qaşına, qara gözünə aşiq olublar? Bilirlər ki Azərbaycan xalqı üçün “Neftçi”nin yeri ayrıdı, hamımız o kluba nostalji hisslər bəsləyirik. Onlar da məhz buna görə “Neftçi”ni dəvət ediblər. Rusiyada bəyəm komanda çatışmır? Yüksək liqadan əlavə, orada 1-ci, 2-ci və 3-cü divizion da var. Təkcə Moskvanın 10 futbol komandası var ki, onun da çoxu elə Premyer-Liqada oynayır”.

Mövzu haqda saytımıza danışan milli komandanın sabiq baş məşqçisi Şahin Diniyev də bu təklifin həm hüquqi, həm də mənəvi cəhətdən doğru olmadığını bildirib: “Hər ölkənin öz milli çempionatı olmalıdı və orada da yalnız yerli komandalar mübarizə aparmalıdır. Bu təklifə razılıq verən ölkələr həmin addımı atmaqla, özlərinə zərbə vurmuş olacaqlar. Digər tərəfdən, UEFA bayrağı altında keçirilən turnirlərdə iştirak hüququ qazanmaq üçün komandalar mütləq öz milli çempionatlarında çıxış etməlidir. Bir ölkənin komandasının başqa ölkələrin çempionatında iştirakı yalnız qısamüddətli kommersiya layihəsi əsasında mümkün ola bilər. Bu təklifin həm hüquqi, həm də mənəvi baxımdan məqbul olmadığını düşünürəm”.

Qeyd edək ki, tanınmış futbol veteranı, Moskva MOİK-nin keçmiş baş məşqçisi Valeri Qazzayev də sözügedən təklifin əleyhinə çıxıb.

Firuz Asanov

www.yenicag.az

2361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv