Reklam: High Technic
hightechnic

ABŞ-la İran Suriyada müharibəyə başlayacaq? - “Vaşinqton Post” Trampı bombardman etdi

“Vaşinqton Post” qəzeti Tramp administrasiyasını sərt tənqid edib. Qəzet ABŞ-ın Suriya ilə bağlı hər hansı strategiyasının olmadığını bildirib.

Yenicag.az “Vaşinqton Post”un Redaksiya Heyəti tərəfindən hazırlanan məqaləni təqdim edir:

“Milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton bir neçə gün əvvəl Konqresdə özünün bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatında (BMT) jurnalistlərə söylədiyi “Birləşmiş Ştatlar İranın Suriyada qaldığı kimi nə qədər lazımdırsa, Suriyada qalacaq” ifadəsini xatırladaraq narahatlığını bildirib. “Nə qədər ki, İran qoşunları İran sərhədlərindən kənardadır, biz də Suriyadan çıxmağa hazırlaşmırıq. İran bu gedişlə etibar qazanır və silahlı birləşmələrə malik olur”, deyə Con Bolton qeyd edib.

Bu ifadə Birləşmiş Ştatlar administrasiyasının Şərqi Suriyada 2000 nəfərlik qoşun yerləşdirməsinə dair siyasətində böyük dəyişiklik olduğunu göstərir. Eyni zamanda administrasiya rəsmiləri bildirir ki, Amerikanın Suriyada yeganə məqsədi İslam Dövlətinin qalıqlarının məhv edilməsidir. Amerikada bəzi demokratlar qeyd edirlər ki, Birləşmiş Ştatlar Konqresi Amerika administrasiyasına Suriyada və yaxud başqa yerdə İran qoşunlarını hədəfə almaq üçün hüquqi səlahiyyət verməyib.

Belə olan təqdirdə Birləşmiş Ştatlar Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms F. Cefrinin (James F. Jeffrey) bu mövzunu aydınlaşdırmaq üçün söylədiyi izahat üzə çıxır: “Suriya torpaqlarında qalmaq Amerika əsgərinə lazım deyil. Başqa yol yoxdur, biz iranlıları Suriyadan sıxışdırıb çıxarmağa hazırlaşmırıq… Çünki güc, zorakılıq və hərbi əməliyyatdır… Bütün bunların hamısı siyasi təzyiqdir.”

Beləliklə, yaxşı xəbər odur ki, prezident Tramp Konqresin razılığı olmadan Suriyada İranla müharibəyə başlamağa hazırlaşmır. Pis xəbər odur ki, Tramp administrasiyasının indiyədək Suriyada davam edən münaqişəyə son qoymaq üçün real siyasəti yoxdur və İranın Suriyada mövcudluğu Birləşmiş Ştatların ən mühüm maraqlarına təhlükə yaradır.

Cənab Cefrinin mətbuat konfransında reportyorlara söylədiyi kimi, İranın tək məqsədi prezident Bəşər Əsəd rejimi ilə bir yerdə olmaq deyil, eyni zamanda Tehrana özünün uzaq məsafəli raketlər şəbəkəsini, hava hücumunu gücləndirmək və ona “regionda güclü mövqe qazandıracaq” silahların artırılması lazımdır. İranın regionda hərbi yüksəlişini dayandırmaq üçün İsrailin reallaşdırdığı 200-dən artıq hava zərbəsi uğursuzluqla nəticələnib. Eyni zamanda Əsəd rejimi Birləşmiş Ştatların qorumağa çalışdığı BMT-nin Suriyada nəticəsiz sülh yaratmaq missiyasına qarşı sərt müqavimət göstərir. Münaqişənin hüquqi tərəfi budur ki, əgər tərəflər siyasi həllə nail olsaydılar, bu həm İran, həm də Rusiya üçün məqbul olardı. Bu zaman iranlılar Suriyadan çıxmalı olacaqdılar.Cənab Cefri izah edir ki, Rusiya və Əsəd rejimi tərəfindən 2018-ci il üçün hazırlanan ssenari budur ki, hər iki tərəf birlikdə qiyamçıların əldə saxladığı əraziləri yenidən Əsəd rejiminə qaytarsın, o cümlədən Birləşmiş Ştatların şərqi Suriyadan öz qoşunlarını çıxaracağı təqdirdə həmin əraziyə də nəzarəti ələ keçirsin. Beynəlxalq təşkilat və ölkələr Suriyada yenidənqurma və bərpa işlərinə maliyyə ayıra bilmədiyindən həmin bərpa işlərinin yerinə yetirilməsinin uğursuzluğu Rusiya və Əsəd rejiminə stimul verir.

O deyir ki, Tramp əvvəllər Amerika qoşunlarının Suriyadan çıxarılmasını nəzərdən keçirirdisə, indi isə Amerika prezidenti əsgərlərinin Suriyada qalması fikrini üstün tutmağa başlayıb. Birləşmiş Ştatlar və Avropa Suriyada bərpa işlərinə kömək etməkdən imtina edərək, bunun Suriyada siyasi sabitlik olmayana qədər mümkün olmadığını bildiriblər.

Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin İdlibdə 3 milyon mülki əhalinin on minlərlə qiyamçı və əl-Qaidə yaraqlılarından ayırd edilməyərək, hamısını qətlə yetirmək istəməsi cəhdi də ortadadır. Ancaq Türkiyənin səyləri ilə Putin razılaşdı ki, buffer zona vasitəsilə dinc əhali çıxarılsın. Prinsipcə, bu gedişat cənab Cefrinin diplomatiyasına müsbət təsir göstərə bilərdi. Lakin indiyədək Birləşmiş Ştatların Əsəd rejimi üzərində ciddi təsir vasitəsi yoxdur. İndiki vəziyyətdə Birləşmiş Ştatlar ancaq Türkiyə, İsrail və Rusiya kimi başqa dövlətlərin Suriyada sülh yaratmaq üçün apardıqları siyasətə və İranın Suriyadan kənarlaşdırılmasına ümid edə bilər. Bu gedişatla Birləşmiş Ştatlar Suriyada tutduğu mövqedən çıxa bilməyərək uzun müddət Suriyada baş verən hərbi və siyasi proseslərə nəzarət etmək iqtidarında olmayacaq.

www.yenicag.az

2160